Serbiya Azərbaycana 173 mln avro borcunu vaxtından əvvəl geri qaytarıb.
"Report”un Sebiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, ölkənin maliyyə naziri Sinişa Mali bildirib ki, Serbiya Azərbaycana "XI Dəhliz” yolunun bir hissəsinin inşası üçün ayrılan 172,7 mln avro (210 mln ABŞ dolları) məbləğində borcunu vaxtından əvvəl qaytarıb.
Hökumət krediti özünün "Komercijalna Banka"da olan 83,23 % payını Sloveniyanın "Nova Ljubljanska Bank"ına 394,7 mln avroya satışı hesabına əldə etdiyi gəlirdən ödəyib.
Xatırladaq ki, ötən ay Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, borcların azaldılması Serbiyanın dövlət borcunun ümumi daxili məhsula nisbətini 0,42 faiz bəndi azalaraq 58,5 %-ə endirəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !