Serbiya bildirir ki, Macarıstanla bağlanmış sərhədinə toplaşmış minlərlə miqrantı idarə edə bilməyəcək və Avropa Birliyini miqrant böhranını həll etməyə çağırıb.
Macarıstan sığınacaq ərizələri rədd olunan miqrantların Serbiyaya qaytarılacağını deyir. Budapeşt sentyabrın 15-də Serbiya ilə sərhədini bağlayıb, miqrantların ən çox keçdiyi yerdə tikanlı məftil çəkib.
"Miqrantların hamısını Serbiyaya qaytarmaq ideyası qəbuledilməzdir. Yunanıstan və Makedoniyadan da gələnlər var. Belə çıxır, biz gələnlər üçün mərkəzə çevriləcəyik,” Serbiyanın xarici işlər naziri Ivica Dacic Praqada çex həmkarı Lubomir Zaoralek-lə danışıqlardan sonra söyləyib.
"Problemin həllinə qoşulmaq istəyirik, ancaq Serbiya bunun öhdəsindən gələ bilməz. Ölkəmizdən 140 min miqrant keçib, yalnız 550 nəfər Serbiyada sığınacaq istəyib. Digərləri Qərbi Avropaya getmək istəyir,” nazir bildirib. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !