Avqustun 25-də Serbiyayla Kosovo münasibətlərin normallaşması və Avropa Birliyinə (AB) qoşulmağa dair saziş imzalayıb. Bununla tərəflər on illərlə davam edən düşmənçiliyin aradan qaldırılmasına doğru irəliləyiblər.
Danışıqlar AB-nin vasitəçiliyi ilə Brüsseldə keçirilib. Serbiya və Kosovo Baş nazirləri Aleksandar Vucic və Isa Mustafa-nın imzaladığı saziş enerji, telekommunikasiya və ədliyyəni əhatələyir.
"Bugünkü nəticə prosesin normallaşdırılması üzrə böyük uğurların göstəricisidir,” AB-nin xarici siyasət rəhbəri Federica Mogherini deyib.
Avqustun 27-də isə Vyanada Almaniya kansleri Angela Merkel daxil olmaqla, AB və Balkan liderlərinin iştirakıyla sammit gözlənir. /Azadliq.org
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !