Sərdar Cəlaloğlu: “Moskva Dağıstanı bizə qaytarmalıdır”

15:38 | 10.06.2014
Sərdar Cəlaloğlu: “Moskva Dağıstanı bizə qaytarmalıdır”

Sərdar Cəlaloğlu: “Moskva Dağıstanı bizə qaytarmalıdır”

“Rusiya Azərbaycanla müttəfiq olmaq istəyirsə, bizim tarixi torpağımız olan Dağıstanı geri qaytarmalıdır”. Modern.az saytı bildirir ki, bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Moskva-Bakı strateji tərəfdaşlıq imkanlarını şərh edərkən deyib. 
Sərdar Cəlaloğlu bildirib ki, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı, faydalı əlaqələrin tərəfdarıdır. Bununla yanaşı o,  Rusiya ilə müttəfiqlik məsələsini fərqli prizmadan şərh edib və bunun üçün müəyyən şərtlərin reallaşmasının vacibliyini vurğulayıb.  
“Müttəfiqlik baş tuta bilər ki, bizim tarixi torpağımız - Dağıstanı geri qaytarsınlar. Həmçinin bizdən alınıb Ermənistana verilən torpaqlar geri verilsin”,-deyə ADP lideri qeyd edib. Partiya rəhbəri hesab edir ki, məhz bu təqdirdə Azərbaycan Rusiya ilə həqiqi tərəfdaşlığa hazır ola bilər. 
“İndiki halda isə biz Rusiya ilə sadəcə iqtisadi əməkdaşlıq edə bilərik. Ümumiyyətlə, Azərbaycanda kimsə Rusiya ilə müttəfiqlik haqqında düşünürsə, onda tarixi şüur, Azərbaycan xalqının milli maraqlarını müdafiə etmək marağı yoxdur”.
Avrasiya İqtisadi İttifaqının yaradılmasından sonra bəzi siyasi çevrələr Azərbaycanın Rusiya ilə münasibətləri yaxşılaşdırmaq üçün addımlar atmasının vacib olduğunu bildirir. Hətta Azərbaycanın Rusiya ilə müttəfiq olması barədə təkliflər də verilir.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM