"Şeremeteva" limanı iş adamlarına verilir

11:38 | 26.08.2015

"Şeremeteva" limanı iş adamlarına verilir

Rusiya prezidenti Vladimir Putin "Şeremetova” hava limanının iş adamları Alexander Ponomarenko vəArkady Rotenbergin nəzarətinə verilməsi barədə sərəncam imzalayıb.

Bu barədə Forbes jurnalı məlumat yayıb.

Sənəddə "Şeremetevo” və "TPC Avia” qrupuna daxil olan şəxsi şirkətlərin aktivlərinin bu iş adamlarında cəmləşməsi nəzərdə tutulur.

Jurnalın məlumatına görə, aktivlərin verilməsindən sonra dövlət "Beynəlxalq Şeremetevo Hava Limanı”na nəzarəti itirir, amma aksiyaların 30 faizi onun əlində qalır.

Bundan sonra hava limanının əsas səhmdarı dövlət əmlakının idarəsi üzrə Federal agentlik olur.

"TPC” şirkətlər qrupu "Şeremeteva” ilə 2013-cü ildən əməkdaşlıq edirdi.

Həmin vaxt hava limanının şimal hissəsində yeni terminalın tikintisini bu şirkətlər qrupu maliyələşdirmişdi.

Alexander Ponomarenko isə "Şerevetevo” hava limanı direktorlar şurasının üzvlərindən biridir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti