Sərfəli və dəbli telefon sizin olsun

13:10 | 24.12.2013
İndi hər kəs ayda çox az bir vəsait ödəməklə arzuladığı son model mobil telefonlardan ala biləcək. Unibank-ın çox-çox sərfəli kartı ALBALI ilə başladığı aksiya çərçivəsində yanvarın 15-dək İnteqral Plus (telefon) mağazalarında yalnız 12 taksitli alış- veriş edilən istənilən əməliyyata əlavə olaraq, bank tərəfindən 6 taksit hədiyyə ediləcək. Məsələn, ALBALI kart sahibi Inteqral mağazalarından Iphone- 5s model telefon almaq istəyirsə, mövcud kampaniya çərçivəsində ayda cəmi 49 AZN ödəməklə, bu telefona sahib ola biləcək. ALBALI sahiblərinin İnteqral mağazalarından aldıqları digər telefon modellərinə görə ödənişləri isə belə olacaq:Samsung Galaxy S4-zoom - ayda 28AZN, IPAD mini - ayda 30AZN, Xperia Z1 - ayda 39AZN!Unibank yeni il öncəsi bütün ALBALI kart sahibləri üçün xüsusi “ ALBALIlı həftəsonları” kampaniyası davam edir.Dekabrın sonunadək hər şənbə-bazar günləri partnyor mağazalardan 3 və yuxarı taksitli əməliyyatlara, Unibank-dan əlavə 1 taksit də hədiyyə ediləcək. Yeni il alış-verişinizi ALBALI ilə edin ki, bu xoş fürsətlərdən yararlana biləsiniz.Unibank-ın “ALBALI kartınızla alış-veriş edin və qazanın” tirajlı stimullaşdırıcı lotereyası çərçivəsində oktyabrın 24-dən dekabrın 31-dək ALBALI kartı ilə (o cümlədən 28 Mall ALBALI kartları ilə) minimum 10 AZN-lik alış-veriş edən hər kəsin də qazanmaq şansı var. Əməliyyatın hər 10 AZN-i bir şans kimi qiymətləndirilir (28 Mall ALBALI ilə 28 Mallda edilən belə əməliyyat isə iki şans kimi dəyərləndiriləcək). Lotereya 1 tirajdan ibarətdir. Ümumi uduş fondu 10 min AZN olan lotereyanın 35 qalibi olacaq.“Albalı” kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, Unibankın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117nömrəsindən öyrənmək mümkündür.ALBALI – çox-çox sərfəli kart.ANN.Az
loading...