“ATƏT məkanında həll olunmamış münaqişələr təşkilata problem yaratmağa davam edir”.APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının Kiyevdə başlayan 20-ci iclasında çıxışında deyib. O, Kosovoda və digər münaqişə zonalarında vəziyyətin gərgin olduğunu söyləyib. S. Lavrov bildirib ki, Rusiya Dnestryanı münaqişənin həlli üçün dialoqa dəstək verməyə davam edir: “Eyni zamanda Rusiya və ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinin daha öncə həmsədr ölkə prezidentlərinin təklif etdiyi prinsiplər əsasında həlli üçün tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışmaqda davam edir”. Rusiyalı nazir Cənubi Qafqazda sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O xatırladıb ki, Rusiya 4 il əvvəl ATƏT məkanında münaqişələrin və böhranların aradan qaldırılmasının baza prinsipləri üzrə sənəd layihəsi irəli sürüb: “Bu layihə masada qalır və biz düşünürük ki, onun qəbulu vacibdir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !