ANN.Az saytı NTV-yə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə bağlı yeni açıqlamalar verib."Suriyada rejimi dəyişmək niyyətlərini Rusiya qəbul edə bilməz" - belə bir açıqlama ilə çıxış edən Sergey Lavrov Türkiyənin Suriya ilə bağlı təklifinə sərt reaksiya verib. Rəsmi Ankaranın Suriyadakı quru hərəkatına prezident Bəşər Əsəd devriləcəyi halda qoşulacağı şərtinə Lavrovun reaksiyası çox sərt olub: “Terrorla mübarizə adı altında Suriyada rejimi dəyişmək niyyətlərini Rusiya qəbul edə bilməz. Bu istiqamətdəki açıqlamaları təəssüflə qarşılayırıq”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !