Sergey Lavrovun Azərbaycana rəsmi səfəri başlayır

10:12 | 17.06.2014
Sergey Lavrovun Azərbaycana rəsmi səfəri başlayır

Sergey Lavrovun Azərbaycana rəsmi səfəri başlayır

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana rəsmi səfər edəcək. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş daxildir. Bu, 2014-cü il ərazində Azərbaycan və Rusiya XİN başçılarının dördüncü görüşü olacaq. Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmin əsas aspektlərini müzakirə edəcəklər. “Müzakirələrdə Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər probleminə diqqət ayrılacaq. Danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir”, - deyə Rusiya XİN-də bildiriblər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM