Sergey Şoyqu Minskə getdi

17:43 | 16.09.2020
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Minskə gedib.

Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Belarusla Rusiya arasında ikitərəfli hərbi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün işgüzar səfərə gəlib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Soçidə belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti