Bakı-Rusiya sərhədi avtomobil yolunun 6-cı kilometrindən 11-ci kilometrinədək olan hissəsində tıxacların aradan qaldırılması üzrə layihənin 3-cü mərhələsinə başlanılacaq.
ANN.Az AzərTAC-a istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilənə görə, bu mərhələdə “Avtovağzal-Atıcılıq Kompleksi” dördzolaqlı avtomobil yolunun tikintisi planlaşdırılır.Birinci mərhələdə yolun sol tərəfində uzunluğu 110 metr və eni 15,5 metr ölçüdə üçzolaqlı yol ötürücüsü tikilib. Hazırda Xocasən qəsəbəsindəki dairədən avtovağzaladək 1,5 kilometr uzunluğunda yol çəkilir. Yolun 900 metr uzunluğundakı hissəsinə artıq üçqat asfalt-beton örtüyü salınıb. Sürücülər yolun bu hissəsindən istifadə edə bilərlər.Yeni tikilən yolun sol kənarında yaşayış massivi yerləşir və əhalinin yaradılan yol-nəqliyyat infrastrukturundan istifadəsini təmin etmək məqsədilə yerli əhəmiyyətli yolun tikintisi də nəzərdə tutulub.İkinci mərhələdə yolun sağ tərəfi üzrə 40 metr uzunluğunda və 15,5 metr enində yol ötürücüsü tikilib. Burada, eyni zamanda yol dairəsinin tikintisi də planlaşdırılır.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !