Sərhəd bölgələrində işə götürülmə ilə bağlı problemlər var

12:17 | 03.06.2024
Sərhəd bölgələrində işə götürülmə ilə bağlı problemlər var

Sərhəd bölgələrində işə götürülmə ilə bağlı problemlər var

Sərhəd bölgələrində vətəndaşların peşə hazırlığı ilə bağlı bacarıqları olmadığı üçün işləyə bilmirlər. Bunu də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
 
"Son vaxtlar bir neçə dəfə sərhəd bölgələrində olmuşam. Problem odur ki, orada iş var, sadəcə vətəndaşların həmin işlər üzrə bacarıqları yoxur. Məsələn Azəriqaz, Azərişıq, Azərenerji hər hansı vakansiya elan edir. Sadəcə regional bölgə olduğu üçün vətəndaşın peşə bacarığı olmadığı üçün işləyə bilmir. Ən xırda texniki işçilər belə imtahan edilir”, - deputat iyunun 3-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
 
Deputat təklif edib ki, aiddiyatı qurumlarla birgə müzakirələr aparılsın.
 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM