Sərhəd Qoşunlarında boy məhdudiyyəti aradan qaldırıldı

14:28 | 11.12.2013
Sərhəd Qoşunlarında boy məhdudiyyəti aradan qaldırıldı

Sərhəd Qoşunlarında boy məhdudiyyəti aradan qaldırıldı

Nazirlər Kabineti "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.Dəyişiklik Dövlət Sərhəd Xidmətinin təklifi ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 3 nömrəli cədvəli - "Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər"də edilib. Dəyişikliklə bu tələblər müqavilə (bağlaşma) üzrə hərbi xidmət keçən hərbi qulluqçulara da şamil edilib. Başqa bir dəyişiklik isə Sərhəd Qoşunlarında işə qəbul olunan vətəndaşların boyu ilə bağlı qoyulan məhdudiyyətin aradan qaldırılmasıdır. Qəbul edilmiş dəyişiklikdə əvvəllər mövcud olan minimum 155 sm boy həddi aradan qaldırılıb. Maksimum boy həddi isə əvvəllər olduğu kimi 185 sm saxlanılıb. Qərarda Sərhəd Qoşunlarında xidmətə qəbul olunan şəxslərin sağlamlıq durumu ilə bağlı bəzi tələblər də yer alıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM