“Sərhədçi” Azərbaycan çempionatında liderliyə şərik olub

19:30 | 19.02.2023
“Sərhədçi” Azərbaycan çempionatında liderliyə şərik olub

“Sərhədçi” Azərbaycan çempionatında liderliyə şərik olub

Astara Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının XVIII turunun bağlanış oyunu keçirilib.

"Zirvə Astara” doğma azarkeşləri önündə "Sərhədçi”ni qəbul edib.

Matça sürətli başlayan "Sərhədçi” üstünlüyünü sona qədər davam etdirib və yekunda 92:76 hesablı qələbə qazanıb. Bu qalibiyyət sayəsində "Sərhədçi” aktivindəki 31 xalla turnir cədvəlində NTD ilə liderliyə şərik olub.

Ən məhsuldar basketbolçular "Zirvə Astara”dan Cerret Henderson (21 xal, 10 ribaund), "Sərhədçi”dən isə Maksvel Starvud (22 xal, 9 ribaund) olublar.

XIX turun oyunları 22-26 fevral tarixləri aralığında baş tutacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti