Sərhədçilərimiz helikopterlə Keşikçidağa getdilər – Keşişlər ərazidən qovuldu - FOTO

15:06 | 24.07.2019
Sərhədçilərimiz helikopterlə Keşikçidağa getdilər – Keşişlər ərazidən qovuldu - FOTO

Sərhədçilərimiz helikopterlə Keşikçidağa getdilər – Keşişlər ərazidən qovuldu - FOTO

Bir qrup Gürcüstan vətəndaşı tərəfindən iyul ayının 14-də Keşikçidağda Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentdən sonra Dövlət Sərhəd Xidməti ərazidə ciddi təhlükəsizlik tədbirləri həyata keçirməyə başlayıb.


Anews.az "AzeriDefence”ə istinadən xəbər verir ki, Gürcüstan mediası bununla bağlı bəzi görüntülər paylaşıb.


Gürcüstanın "Rustavi 2” telekanalının hazırladığı reportajda bildirilir ki, ərazidə önləm alan Azərbaycan sərhədçiləri Gürcüstan tərəfindən monastır kompleksinə gələn keşişləri və ziyarətçiləri əraziyə buraxmayıblar. Ərazidə patrul xidməti həyata keçirən Azərbaycan Sərhəd Qoşunlarının əsgərləri çəkiliş qrupu ilə gələn keşişlərin monastra qalxmasına icazə verməyib. Bu zaman əraziyə gələnləri bəlli bir yerədək Gürcüstan Sərhəd Polisinin əməkdaşları müşaiyət ediblər.


Bu zaman ərazidə silahlı halda DSX-nin Mi-17 helikopteri aşağı hündürlükdə uçuşlar həyata keçirib. Helikopterlə gələn hərbçilər monastıra getmək istəyən gürcülərə oradan uzaqlaşmalarını əmr ediblər.


Təxribatçı kütləni idarə edənlərdən biri olan, ictimai fəal David Katsarava isə ötən gün özünün facebook səhifəsində insidentdən sonra Azərbaycan Sərhəd Qoşunlarının monastırın yaxınlığında səyyar baza yaratdığını, əraziyə çox sayda canlı qüvvə və texnika cəlb etdiyini yazıb: "Silsilə Azərbaycan sərhədçiləri ilə gücləndirilib. Bizim sərhədçilərimiz onlardan 10 qat azdır… Azərbaycan tərəfində Qareci dağının (oxu Keşikçi dağı-red) ətəyində tikilmiş hərbi baza gördük”.


Katsarava ərazidən dron vasitəsi ilə çəkilmiş fotoları da paylaşıb.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb