Sərhədimiz niyə bağlandı?

16:38 | 11.03.2015
Sərhədimiz niyə bağlandı?

Sərhədimiz niyə bağlandı?

Bu gün Gürcüstan - Azərbaycan sərhədində yerləşən nəzarət-buraxılış məntəqəsi etiraz mitinqi nəticəsində bağlanıb.

ANS PRESS-in məlumatına görə. bu barədə Gürcüstanın "Pirveli radio" resursu məlumat verib. 

Mitinqçilər Azərbaycan tərəfindən "Avro-4” standartlarına cavab verməyən maşınlara məhdudiyyət qoyulmasına etiraz edirlər. 

Gürcü resursu bildirir ki, etiraz edənlər əsasən milliyyətcə gürcü olublar. Onlar Azərbaycanın Qax rayonunda və Gürcüstanın Laqodexi rayonunda yaşayanlar olublar. 

Etirazçılar "Laqodexi" nəzarət-buraxılış məntəqəsindən 2005-ci ilə qədər istehsal edilmiş avtomobillərin buraxılmamasına qarşı çıxıblar. Mitinq iştirakçıları Gürcüstan hökumətindən problemi həll etməyi xahiş ediblər. Hazırda yol açılıb. 

2014-cü ilin 1 aprel tarixindən Azərbaycan "Avro-4" standartlarına keçib. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM