Ötən gün ərzində Yunanıstanda COVID-19-a 57 yeni yoluxma aşkar edilib.
Anews.az-ın məlumatına görə, bu barədə ölkənin İctimai Səhiyyə Milli Təşkilatı bildirib.
Bununla da pandemiyanın başlanğıcından Yunanıstanda virusa yoluxanların ümumi sayı 4 336 nəfərə qədər artıb.
Son sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb.
Yunanıstanda COVID-19-dan ümumilikdə 203 insan ölüb.
Hazırda xəstəxanaların intensiv terapiya bölmələrində səkkiz pasiyent müalicə edilir.www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !