Sərhədsiz Reportyorlar Təşkilatı Ermənistanın "Yerevan.Tudey” saytının ofisində keçirilən yoxlamaları tənqid edib.
Axar.az xəbər verir ki, bu barədə məlumat təşkilatın saytında yerləşdirilib. Təşkilat portalın ofisində yoxlamaların aparılmasını və portalın texnikasının mənimsənilməsinin jurnalistikada informasiya mənbələrinin müdafiəsi prinsiplərinin ciddi pozulması olduğunu bəyan edib.
Qeyd edək ki, bundan öncə Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri arasında olan telefon danışığının yayılmasıyla bağlı açılan cinayət işiylə əlaqədar portalda axtarış aparılıb. Hökumət rəsmən portalı telefon danışığını yaymaqda ittiham edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !