Seriala baxdıqlarına görə edam olundular - 50 nəfər

14:51 | 29.10.2014
Seriala baxdıqlarına görə edam olundular - 50 nəfər

Seriala baxdıqlarına görə edam olundular - 50 nəfər

Cənubu Koreyanın kəşfiyyat orqanlarının hökumət qarşısında verdiyi hesabat zamanı maralı fakt ortaya çıxıb. 

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, hesabatda 10 nəfər yüksək vəzifəli şəxs olmaqla, Cənubi Koreya istehsalı olan seriala baxdıqlarına görə ümumilikdə 50 nəfər Şimali Koreya vətəndaşının edam olunması barədə faktı bəlli olub.

Eyni zamanda edam olunanlar arasında Şimali Koreyanın lideri Kim Conqun keçən il köpəklərə yedirtdiyi kürəkəni Çanq Son-taek-ə yaxınlığı ilə seçilən 10 vəzifə sahibi də var.Qeyd edək ki, Şimali Koreya liderinin öz yaxın qohumunu vətənə xəyanət adı ilə itlərə yedirtməsi dünya mediasında hiddətlə qarşılanmışdı və gənc dövlət başçısının necə bir qəddar şəxs olmasının göstəricisi kimi qəbul edilmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM