Axşam saatlarından etibarən paytaxt Bakıya yağmağa başlayan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaradıb.
"Report" xəbər verir ki, Bakının Yasamal rayonu ərazisindən keçən Şərifzadə küçəsinin "İnşaatçılar" metrostansiyası yaxınlığında bir neçə avtomobil xarab olaraq su basmış yolda qalıb.
Yeni Yasamal yaşayış massivində isə yolda qalan 39 saylı marşrut avtobus sərnişin və sürücülərin köməkliyi ilə sudan çıxarılıb.
Sözügedən ərazidə yol keçilməz vəziyyətə düşüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !