Ermənistan prezident Serj Sərkisyan bu gün Azərbaycanın işğal altında olan ərazilərinə gəlib.
ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Serj Sarkisyan Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrilə görüşüb.
Serj Sarkisyan “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanla görüşüb. Sarkisyan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı torpaqlarında apardığı “Birlik 2014” hərbi əməliyyatları çərçivəsində separatçı rejimdəki bir sıra hərbi hissəyə baş çəkəcək. Qeyd edək ki, ötən gün qoşunların təmas xəttində Ermənistan ordusuna məxsus helikopter vurulub. Görünür, Ermənistan rəhbərliyi Azərbaycanın bu addımından təşvişə düşüb və Serj Sarkisyan təcili Qarabağa gəlib.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !