Payızda Ermənistan Avropa İttifaqı ilə hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq barədə saziş imzalayacaq. Virtualaz.org "Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib.
Sarkisyan onu da qeyd edib ki, bəzi xarici KİV-lər 2013-cü ildə Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AAİB) daxil olması barədə qərarın "bir gecədə qəbul edildiyini bildirirlər, bu isə əsassız və sadəcə gülməlidir”.
Onun sözlərinə görə, 2013-cü ildə Ermənistan həm AAİB, həm də Aİ ilə danışıqlar aparırdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !