Serj Sərkisyan: “Qarabağda müharibə başlaya bilər”

15:59 | 10.07.2014
Serj Sərkisyan: “Qarabağda müharibə başlaya bilər”

Serj Sərkisyan: “Qarabağda müharibə başlaya bilər”

“Bizim Türkiyə ilə sərhəddə siyasi məsələni çıxmaq şərti ilə heç bir gərgin vəziyyətimiz yoxdur”.Axar.az xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan Argentinanın “La Nacion” qəzetinə verdiyi açıqlamada deyib.O, Azərbaycanın müharibədə qalib gələcəyinə inanmadığını bildirib:“Azərbaycanla isə münasibətlər başqa cürdür. Gərginlik var, amma bu, Azərbaycana görə yaranır. Minsk Qrupu adlanan Rusiya, Fransa və ABŞ kimi ölkələr Qarabağ konfliktini üç prinsip əsasında həll etməyə çalışırlar. Bunlar güc tətbiq etməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını həll etməsidir. Biz hərbi əməliyyatların başlamasını istisna etmirik. Düşünmürəm ki, Azərbaycanın bu kimi hərəkətlərə başlaması üçün imkanı var. Onlar həqiqətən hərbi texnikanın alınmasına çox pul xərcləyirlər, amma bu hələ qələbənin siğortalanması demək deyil”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM