Sərkisyan Azərbaycan ordusundan qorxduğunu etiraf etdi

11:31 | 19.03.2015
Sərkisyan Azərbaycan ordusundan qorxduğunu etiraf etdi

Sərkisyan Azərbaycan ordusundan qorxduğunu etiraf etdi

Ermənistan prezidenti Serj Sərkisyan Ankara ilə Yerevan arasında diplomatik əlaqələrin qurulmasını, Türkiyə-Ermənistan sərhədinin açılmasını nəzərdə tutan Sürix protokollarının ölkə parlamentindən geri çəkməsinin səbəbini açıqlayıb.  

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki,  Serj Sərkisyan "Ararat ətəklərində” mediaforumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasətin güclü olması səbəbindən Sürix protokollarının reallaşa bilməməsini etiraf edib:

"Bir neçə il bundan qabaq Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın təcrid edilməsi üçün siyasət aparıldığını bildirdi. Təbii ki, bu planların həyata keçirilməsi üçün Azərbaycan rəhbəri böyük səylər ortaya qoyur. Biz  müəyyən dərəcədə bu siyasətin təsirlərini Türkiyədə görürük”,-deyə Serj Sərkisyan bildirib.  

Ermənistan rəhbəri Rusiyanın ölkəsinə verdiyi dəstəkdən də danışıb. Onun sözlərinə görə Ermənistan müstəqillik əldə etdikdən sonra heç bir ölkə Rusiya qədər onlara dəstək olmayıb:  

"Ermənistan heç bir ölkədən Rusiyanın verdiyi dəstəyin 1%-ni belə almayıb”,-deyən Sərkisyan əlavə edib ki, bu dəstəyə görə Ermənistanın müttəfiqi Rusiyaya minnətdardır.  

Sərkisyan bildirib ki,  Rusiya ilə Ermənistan arasında olan münasibətlərdə hərbi-texniki əməkdaşlıq böyük rol oynayır. Bunula yanaşı o, Rusiyanın Azərbaycana silah satmasından narahatlığını və qorxusunu da gizlətməyib:  

"Bu münasibətlərdə bizi o narahat edir ki, Rusiya müxtəlif səbəblərə əsaslanaraq Azərbaycana silah satır. Burada problem silahların keyfiyyətində deyil. Məsələ ondadır ki, sərhəddə duran erməni hərbi qulluqçusu onu Rusiya silahı ilə məhv etmək istədiklərini anlayır”.  

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM