Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycanın işğal olunmuş
ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan
Vardenis (Ermənistan) – Ağdərə (Dağlıq Qarabağ) avtomobil yolunun
açılışında iştirak ediblər.
"News-am” saytının verdiyi xəbərə görə, yol "Hayastan” erməni fondu
tərəfindən 2013-2014-cü illərdə keçirilən telemarafonlar vasitəsilə
toplanan vəsait hesabına inşa olunub. S. Sarkisyan və B. Saakyan daha
sonra Dadivank kilsəsində olublar və şam yandırıblar. Onlar Əsgəranda
açılmış şərab zavoduna da baş çəkiblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !