Sərkisyan: “Gömrük İttifaqında bizi sevmirlər”

10:44 | 25.08.2014
Sərkisyan: “Gömrük İttifaqında bizi sevmirlər”

Sərkisyan: “Gömrük İttifaqında bizi sevmirlər”

Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin Gömrük İttifaqına girişi ilə bağlı növbəti açıqlama verib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, o,  “Baza 2014” gənclər toplantısının bağlanma mərasimində jurnalistlərlə söhbətində bu barədə danışıb.

İşğalçı dövlətin başçısı bildirib ki, Gömrük İttifaqının üzvü olan bəzi dövlətlər Ermənistanın bu qurumda təmsil olunmasını arzulamır.   Serj Sərkisyanın sözlərinə görə Gömrük İttifaqında olanlar Ermənistanı sevmir. “Gömrük İttifaqı bir ölkədən ibarət deyil və hamının sevinməməsi fikri razılaşıram. Bizim ölkə öz problemləri olan  kiçik bir dövlətdir. Bu problemlərlə  istənilən ittifaqa birləşmə bu ittifaqın üzvləri üçün preoblemlər yaradır. Ermənistanı Gömrük İttifaqının heç də  bütün üzvləri bu təşkilatda görmək  istəmir. Amma bütün üzvlərin bizi bu ittifaqda görməməsi fikri ilə razı deyiləm. Hamısı istəməsə idi, bu məsələyə veto qoyardılar”.

Qeyd edək ki, Gömrük İttifaqında Rusiya, Qazaxıstan, Belarus daxildir. Serj Sərkisyan ad çəkməsə də, heç şübhəsiz, ittihamları Qazaxıstanın üzərinə yönəldib. Çünki Qazaxıstan dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən çıxışlar edib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM