Sərkisyan: “Kürə qədər olan torpaqları işğal edəcəyik”

16:17 | 14.06.2014
Sərkisyan: “Kürə qədər olan torpaqları işğal edəcəyik”

Sərkisyan: “Kürə qədər olan torpaqları işğal edəcəyik”

“İlham Əliyevin bu gün üçün istədiyi şey Qarabağda müharibəni başlamaqdır”.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə qondarma “Dağlıq Qarabağ Respublikası”ndan olan deputat Sergey Sərkisyan çıxış edib. O, Qarabağın müharibədən qorxmadığını bildirib:
 
“Müharibə Azərbaycan üçün ağır nəticələrlə bitəcək. Biz Azərbaycanın silahlanmasından qorxmuruq. Əgər müharibə başlasa, o zaman biz əlimizdəki torpaqların heç birini itirməyəcəyik. Əvəzində ərazimizi daha da genişləndirib Kür çayına qədər çatdıracağıq”.
 
Xatırladaq ki, Azərbaycanın Rusiyadan T-90s tanklarını almasından və Avrasiya İqtisadi İttifaqının mayın 29-da Astanada keçirilən təsis yığıncağında Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti ilə Ermənistana “yalnız BMT-nin tanıdığı ərazilər daxilində” İttifaqa üzv ola biləcəyi xəbərdarlığından sonra erməni siyasilər və ictimaiyyət nümayəndələri arasında bir panika yaşanmaqdadır. Demək olar ki, hər gün ictimai narahatlığı aradan qaldırmağa çalışan erməni siyasətçilər qorxmadıqlarını dilə gətirməyə və daxili auditoriyaya köklənən açıqlamalar verməyə məcbur olurlar. Azərbaycanın müharibəyə hazır olduğunu və torpaqların işğaldan azad olunması üçün hərbi-siyasi vəziyyətin tamamilə Bakının xeyrinə dəyişdiyini hiss edən Ermənistanın son həftələr təbliğat mexanizmi yalnız daxili psixoloji sarsıntını aradan qaldırmağa hesablanıb
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM