“Sərkisyan ölkədəki vəziyyətə nəzarəti itirib...”

00:08 | 06.01.2015
“Sərkisyan ölkədəki vəziyyətə nəzarəti itirib...”

“Sərkisyan ölkədəki vəziyyətə nəzarəti itirib...”

"Münaqişə tərəfləri arasında etimad yoxdusa, Qarabağ nizamlanmasında hər hansı pozitiv irəliləyiş ola bilməz”. Musavat.com-un erməni KİV-ə istinadən verdiyi xəbərə görə, belə bir açıqlama ilə Ermənistanın əsas müxalif qurumu olan Erməni Milli Konqresinin Xarici əlaqələr komissiyasının sədri Vladimir Karapetyan çıxış edib.

"Etimaddan danışarkən mən əldə olunan anlaşmaların həyata keçirilməsinə hazırlığı və imkanları nəzərdə tuturam. Əgər Azərbaycana münasibətdə anlaşmalara əməl olunacağına inam yoxdursa, Ermənistan nümunəsində əsas problem imkanların yoxluğudur. Serj Sərkisyan ölkədəki vəziyyətə o dərəcədə nəzarət eləmir ki, bundan istifadə edib Qarabağ nizamlanmasına, qarşılıqlı güzəştlərə dair öz baxışlarını və yanaşmalarını cəmiyyətə təqdim eləsin” – deyib müxalifət yetkilisi. 

Karapetyan Sərkisyanın konstitusiya islahatlarının da baş tutmayacağına əmindir. "Belə şəraitdə o, ciddi proseslərə cəlb oluna bilməz. Bunu təkcə rəqib yox, vasitəçilər də anlayır. Elə buna görə də prosesi aktivləşdirmək üçün xüsusi səylər göstərmirlər. Yaxın vaxtlarda məsələdə ciddi dəyişiklik gözlənilmir, hərgah Ermənistan XİN-i qaynar fəaliyyət illüziyası yaratmağa çalışır” - əlavə edib erməni siyasətçi. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM