Sərkisyan: “Varisimin kim olacağını bilirəm”

14:51 | 05.10.2015
Sərkisyan: “Varisimin kim olacağını bilirəm”

Sərkisyan: “Varisimin kim olacağını bilirəm”

ABŞ-a səfəri başa çatan Ermənistan prezidenti Serj Sərkisyanın Karneqi Fonunda etdiyi çıxışların bəzi detalları məlum olub. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, 2018-ci ildə 2-ci prezidentlik müddəti başa çatacaq Sərkisyanın artıq özünə varis müəyyənləşdirdiyini yazıb:

"2018-ci ildən sonra prezident olacaq xələfimin adını bilirəm. Amma qorxuram ki, onun adını indi açıqlasam, həmin şəxs lider olana qədər cəhənnəm günləri yaşayacaq. Mən bilirəm o kimdir və hesab edirəm ki, istənilən dövlət başçısı varisinin kimliyini müəyyən etməlidir”.  

Bununla belə, Sərkisyan 2018-ci ilə qədər ölkədə Konstitusiya dəyişikliklərinin olacağını və ölkənin parlament respublikasına çevriləcəyini anons edib.  

Karneqi fondundakı çıxışında Sərksiyan Türkiyə ilə sərhədlərin yaxın gələcəkdə açılması ehtimalının olmadığını da qeyd edib.    

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM