“Türkiyə ilə diplomatik əlaqələrin qurulması üçün Dağlıq Qarabağın şərt qoyulmasını qəbul etməyəcəyik”.
Axar.az Layf nyus-a (“Life News”) istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxış edən Sərkisyan isterik açıqlamaları ilə yadda qalıb. O, Ermənistanın səfalət içində qalması, əhalinin sürətlə ölkəni tərk etməsi səbəbindən erməni diasporunun sərt tənqidini və bunun Ermənistanda doğurduğu effekti BMT tribunasından etdiyi çıxışında Qarabağ və “vətənpərvər” kartıyla səngitməyə çalışıb:
“Türkiyə hələ Ermənistanla “İkitərəfli münasibətlərin inkişafı üzrə protokolu” və “Diplomatik münasibətlərin qurulması haqqında protokolu” ratifikasiya etməyib. Dağlıq Qarabağ Azərbaycana qaytarılmadan, bu sənədləri təsdiqləməyəcəklərini deyirlər. Cəhənnəm olsun sizin ratifikasiyanız. Vətən müqəddəsdir, satılmaz. Bizdən uzaq durun”.
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında 10 oktyabr 2009-cu ildə Sürix protokolu imzalanıb və bu günə qədər də ratifikasiya edilməyib.
ANN.Az