Publika.az xəbər verir ki, sərnişin avtobusunun aşması nəticəsində 1 nəfər ölüb, 37 nəfər isə yaralanıb.
İlkin məlumata görə, Mersindən İstanbula gedən Müzəffər İltaş bölgədəki güclü duman səbəbiylə sükan hakimiyyətini itirib və avtobus aşıb.
Hadisə yerinə təcili yardım, yanğınsöndürən və digər təhlükəsizlik briqadaları cəlb olunub. Avtobusda köməksiz qalan sərnişinlər xilasedicilər tərəfindən çıxarılıb, ətrafdakı vətəndaşların köməyi ilə təcili yardım avtomobillərinə aparılıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !