Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 15 ölü

09:05 | 08.02.2014
Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 15 ölü

Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 15 ölü

Argentinada sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 15 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.APA-nın İTAR-TASS agentliynə istinadən verdiyi məlumata görə, dəhşətli qəza ölkənin qərbində, Mendosa əyalətinin San-Martin şəhəri yaxınlığında baş verib. İlkin məlumatlara əsasən, yük maşını qarşıdan gələn avtobusun yoluna çıxıb. Nəticədə hər iki avtomobili od tutub. Yanğın qurbanlarının əksəriyyətinin diri-diri yandığı bildirilir.  Hadisə yerinə əyalətin qubernatoru və güc strukturlarının rəhbərliyi gəlib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM