Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 17 yaralı - FOTO

11:32 | 19.06.2019
Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 17 yaralı - FOTO

Sərnişin avtobusu yük maşını ilə toqquşdu: 17 yaralı - FOTO

Rusiyanın Krasnodar əyalətindən içərisində 30 sərnişinin olduğu reys avtobusu yük maşını ilə toqquşub. Avtosfer.az "RİA Novosti”yə istinadən xəbər verir ki, insident iyunun 19-u Kuban şəhərinin Severskom rayonunun А-146  yolunda qeydə alınıb. Bu barədə yerli FHN-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Axtırskiy – Krasnodar marşrutu üzrə hərəkət edən avtobus işıqforda dayanan "Volvo” markalı yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində 17 nəfər xəsarət alıb.
DİN-in məlumatına görə, 10 nəfər xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə avtobus sürücüsünün diqqətsizliyi səbəbindən baş verib.
Araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM