İyulun 20-si saat 22:36 radələrində "BakuBus”a məxsus 21 nömrəli marşrut xətti üzrə Səməd Vurğun bağı dayanacağından hərəkət edən avtobusa sərnişin velosipedlə daxil olub və velosipedi fiziki məhdudiyyətli sərnişinlər üçün ayrılmış xüsusi yerdə saxlayıb. Sərnişinlərlə dolu avtobusun hərəkətininə maneə yaradan sərnişin, avtobusun 23 dəqiqəyə yaxın dayanmasına və qrafik üzrə ləngiməsinə səbəb olub.
Bu barədə "BakuBus”MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev Publika.az-a məlumat verib.
Onun sözlərinə görə, sərnişinə xətt dispetçeri və sürücü tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o xəbərdarlıqlara məhəl qoymadan israrla velosipedi avtobusda saxlamğa davam edib və təhlükəsizlik qaydalarını kobud şəkildə pozub.
"Ancaq hadisə ilə bağlı polis orqanlarına məlumat verdikdən və əraziyə polis əməkdaşları gəldikdən sonra həmin sərnişin velosipedi ilə avtobusu tərk edib. Sərnişinin qaydalara zidd hərəkəti 21 nömrəli xətt avtobusunun qrafikə uyğun fəaliyyətini pozmaqla yanaşı, sərnişinlərin də böyük narazılığına səbəb olub. Hər bir sərnişin mövcud qanunvericiliyə uyğun olaraq avtobusa daxil olarkən digər sərnişinləri narahat edəcək, ölçüləri nəzərdə tutulmus qaydalardan artıq olan əşyalarla, texniki vasitələrlə ictimai nəqliyyatdan istifadə etməməlidir”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !