ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Metro-North marşrutu üzrə hərəkət edən və Manhettendəki Grand Central stansiyasından çıxan sərnişin qatarı dəmir yol keçidindən iki avtomobilə çırpılıb.
Nyu York rəsmilərinin verdiyi ilkin informasiyaya görə, qəza zamanı 1 nəfər avtomobil sürücüsü, 6-cı qatar sərnişini olmaqla 7 nəfərə həlak olub, 10 nəfəri ağır vəziyyətdə olmaqla 12 nəfər yaralanıb. Qzadan sonra qatarda yanğın hadisəsi baş verib, xətt bağlanıb, Nyu Yorkun şimal istiqamətinə qatar marşrutları bağlanılıb.
Qatarda olan 800 nəfər sərnişin soyuq havadan qorunması üçün yaxınlıqdakı idman kompleksinə köçürülüblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !