ABŞ-ın Florida ştatında təkmühərrikli “Piper PA-46” təyyarəsindən sərnişin özünü okena atıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata, insident təyyarə oken səviyyəsindən 600 metr yüksəklikdə olarkən baş verib. Hadisə baş verdiyi zaman pilot yerdəki dispeçerə onun təyyarəsindən sərnişin düşdüyünü bildirmişdi.
Məlumata görə, pilot 3 dəfə Mayami yerüstü xidmətlərini beynəlxalq “mayday” hadisə siqnalı verib. Bundan sonra isə təyyarənin qapısı açılıb və sərnişin okana tullanıb.
Bundan sonra təyyarə hava limanına enib. Sahil mühafizəsi və xilasedicilər həmin sərnşini axtarır. Hadisə polis tərəfindən araşdırılır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !