Anews.az xəbər verir ki, sərgi Bakı Goethe-Zentrum, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, "İçərişəhər” Tarix-Memarlıq Qoruğu İdarəsi və "Platform ART” təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində, XVII əsrdə inşa edilmiş tarixi memarlıq abidəsi olan Qasım bəy hamamında təşkil edilir.
Sərgi dünya mədəni irsinin qorunub saxlanılmasının vacibliyi barədə biliklərin genişləndirilməsinə yönəlib.
Açılış mərasimində Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin sədri Petr Mixalko, həmçinin digər Avropa ölkələrinin səfirləri iştirak ediblər.
Sərgi Azərbaycan, Almaniya və Braziliya rəssamlarının fotoqrafiya, videoart və instalyasiya janrlarında hazırlanmış incəsənət əsərlərindən ibarətdir.
Sərgi dekabrın 1-dək davam edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !