“Şərq tərəfdaşlığı” sammiti yekun bəyannamə qəbul etdi

15:31 | 29.11.2013
“Şərq tərəfdaşlığı” sammiti yekun bəyannamə qəbul etdi

“Şərq tərəfdaşlığı” sammiti yekun bəyannamə qəbul etdi

Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramını Vilnüsdə keçirilən III zirvə toplantısının yekun Bəyannaməsi qəbul olunub.
APA-nın xəbərinə görə, sənəddə son 2 ildə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində viza rejiminin liberallaşdırılması, nəqliyyat, enerji, təhsil, gənclik siyasəti, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı sahələrində əldə olunmuş tərəqqi qeyd edilir və bu istiqamətlərdə əməkdaşlığın davam etdiriləcəyi bildirilir. 
 
AB və tərəfdaş ölkələr strateji baxımdan vacib sahələrdə sıx əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəklərini vurğulayıblar. Yaxın illər üçün qarşıya qoyulan məqsədlərə demokratiyanın inkişafı, insan haqlarına hörmətin təmin olunması və hüquq sahəsində islahatların davam etdirilməsi daxildir. Əsas diqqət müvafiq ölkələrlə assosiasiya sazişinin həyata keçirilməsinə yönələcək. Liberal viza rejiminin ciddi şəkildə inkişafı da proqramın gündəmində ön sıralarda qalacaq. Enerji təhlükəsizliyi qarşılıqlı olaraq gücləndiriləcək və qarşılıqlı enerji əlaqələri yenidən düzənlənəcək ki, şərq tərəfdaşları tədricən AB-nin enerji bazarına inteqrasiya olsunlar. 
 
Qeyd edək ki, “Şərq tərəfdaşlığı”nın növbəti sammiti 2015-ci ilin ilk yarısında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti