Şərqşünas alim Gürcüstanda beynəlxalq tədbirlərdə iştirak edib

10:47 | 08.07.2019
Şərqşünas alim Gürcüstanda beynəlxalq tədbirlərdə iştirak edib

Şərqşünas alim Gürcüstanda beynəlxalq tədbirlərdə iştirak edib

 AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 1-5 iyul tarixlərində Tiflisdə Avropa-Gürcüstan İnstititu tərəfindən keçirilmiş "Regionlararası əməkdaşlıq, korrupsiyaya qarşı mübarizə, şəffaflıq və müasir texnologiya sahəsində Gürcüstanın təcrübəsi” adlı Liderleyin İnkişafı Proqramı çərçivəsində beynəlxalq tədbirdə iştirak edib.
 
Anews.az bildirir ki, tədbirdə Azərbaycan, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan tədiqatçılar iştitak ediblər. Proqram çərçivəsində iştirakçılar Parlamentin deputatları ilə görüşüb, Gürcüstanın siyasi və ictimai təşkilatları, QHT-ləri, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu, Müstəqil Universitet, Beynəlxalq Qara Dəniz Universiteti, Tiflis Dövlət Universiteti, Texnopark, Tiflis Media Mərkəzi Birliyi, eləcə də Gürcüstanın tarixi yerləri, mədəniyyət mərkəzlərində olub, seminar və müzakirələrdə iştirak ediblər.
 
Seminarlarda ölkənin daxili və xarici siyasəti, Gürcüstanda ictmai-siyasi vəziyyət, Avropaya inteqrasiya, NATO ilə əməkdaşlıq, Rusiya-Gürcüstan münasibətləri, regional əməkdaşlıq məsələləri, münaqişələr, iştirak ölkələr arasında elmi, siyasi, ictimai əlaqələr və inteqrasiya məsələləri müzakirə olunub. Müzakirə, seminar və görüşlərdə t.ü.f.d.,dos. S.Talıblı Azərbaycanın xarici siyasəti, ölkəmizdə aparılan islahatlar, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regional təhlükəsizlik siyasətində rolu, Avropa Birliyi və NATO ilə əməkdaşlığı, Azərbaycanda siyasi institutlar, elmi tədqiqat mərkəzləri və s. məsələlər haqqında çıxış edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM