• $
  • €
  • ₽
  • ₺
  • £

Sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib

Sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib
21.06.2024 19:29
İyunun 21-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair təhsil ekspertləri, ictimaiyyət nümayəndələri ilə maarifləndirici görüş keçirilib.Bu barədə "Azərbaycan müəllimi” xəbər verir.
 
Riyaziyyat fənni üzrə test imtahanının təşkil edildiyi Bakı şəhəri 161 nömrəli tam orta məktəbdə keçirilən görüşdə iştirakçılara təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat verilib.

Bildirilib ki, şəffaflığın təmin edilməsi məqsədilə imtahan mərhələsinin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsi Naxçıvan da daxil olmaqla ölkənin 18 şəhəri üzrə 27 imtahan mərkəzində təşkil edilir. Prosesə dövlət ümumi təhsil müəssisələrində çalışan 24 064 müəllim cəlb olunub.

Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, bu günə kimi sertifikatlaşdırma prosesində iştirak etmiş 35 000-dən çox müəllimin əməkhaqqısı artırılıb. Bu tədris ilindən əməkhaqqısı artırılan müəllimlərin sayının 55 000-ə çatacağı proqnozlaşdırılır.

Görüşdə sertifikatlaşdırma prosesinin təhsilin keyfiyyətinə müsbət təsiri də müzakirə olunub. 

Həmçinin qonaqların sertifikatlaşdırma prosesi ilə bağlı çoxsaylı sualları cavablandırılıb. 

Daha sonra görüş iştirakçıları imtahan prosesini izləyiblər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol