Rusiyanın İrkutsk şəhərində Banqkok reysi ilə uçan təyyarədə gərginlik yaşanıb.
ANN.Az-ın "Gazeta.ru"ya istinadən xəbərinə görə, içkili ailə cütlüyünə görə təyyarə 3.5 saat gözləməli olub. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Sibirin nəqliyyatı üzrə rəhbəri Andrey Semenov məlumat verib.
Məlumatda qeyd olunur ki, cütlük həddindən artıq alkoqollu içki qəbul etdiklərinə görə gərginliyə səbəb olublar. Verilən məlumata görə, onlar təyyarənin bortundan çıxarılıblar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !