Səsi ilə məşhurlaşan çoban Milli Konservatoriyada hazırlaşır

20:47 | 01.12.2017
Səsi ilə məşhurlaşan çoban Milli Konservatoriyada hazırlaşır

Səsi ilə məşhurlaşan çoban Milli Konservatoriyada hazırlaşır

"O Səs Türkiyə"nin iştirakçısı, sosial şəbəkələrdə gözəl səsli çoban kimi məşhurlaşan Pərvin Səfərov yarışmanın növbəti mərhələsinə hazırlıqla bağlı "Yeniavaz.com" saytına açıqlama verib.

Anews.az xəbər verir ki, P.Səfərov yarışmanın ikinci turunun yanvar ayında başlayacağını bildirib.

"Növbəti mərhələyə də böyük həvəs və maraqla hazırlaşıram, inanıram ki, hər şey yaxşı olacaq".

Pərvin Səfərov dünəndən, yəni noyabrın 30-dan Milli Konservatoriyada dərslərə başladığını deyib: "İlk dərsimi milli vokalçı, Əməkdar artist Anar Şuşalıdan aldım. Hazırlıqlarda milli musiqimizə daha çox üstünlük verəcəyəm. Bundan başqa, bir-iki türk musiqisini də xırdalıqları ilə öyrənəcəyəm. Çünki yarışmada kiminləsə duet oxusam, elə mahnı seçməliyik ki, həm qarşı tərəf, həm də mən oxuya bilim. Auditoriyanı da nəzərə almalıyam. Türkiyədə də izləyicilərim çoxdur. Konservatoriyada hazırlaşmağıma şərait yaratdığına görə ilk növbədə Xalq artisti, professor Siyavuş Kərimiyə dərin təşəkkürümü bildirirəm".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti