Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.
Xalq.az xəbər verir ki, o, AHİK-ın sədrliyi ilə vidalaşacaq, çünki sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək.
İddialara görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri postuna Sahib Məmmədov namizədliyini veriləcəyi gözlənilir.
Sahib Məmmədov 2021-ci ildən iqtisadiyyat nazirinin müavini vəzifəsinə çalışır. 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci ildə "Tərəqqi” medalları ilə təltif olunub
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !