Səudiyyə Ərəbistanının kralı Salman bin Abdüləziz Minada baş vermiş izdiham faciəsinə görə 3 məmuru işdən qovub.
ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanının Həcc naziri Bəndər bin Məhəmməd əl Həcər, Məkkə şəhərinin bələdiyyə başçısı Üsamə Fəzl əl Bərr və Məkkə polis rəisi işlərində yol verdikləri nöqsanlara görə, tutduqları vəzifədən azad olunublar.
İki gün əvvəl Səudiyyə Ərəbistanının Məkkə şəhərində 769 zəvvarın ölümü, 887 nəfərin isə xəsarət alması ilə nəticələnən faciə baş verib. Qəza Mina çölündə yaranan izdiham nəticəsində baş verib.
Səudiyyə Ərəbistanının kralı Salman bin Abduləziz Mina faciəsinin araşdırılması üçün xüsusi göstəriş verib.
Livanda nəşr olunan qəzetlərdən biri hadisə günü kral Abduləzizin oğlu korteci ilə birlikdə şeytan daşlamağa getdiyindən yolların bağlandığını, faciənin də bu səbəbdən baş verdiyini iddia etmişdi.
Bəzi mənbələr isə həm kran qəzasının, həm də izdiham faciəsinin kral ailəsində baş vermiş intriqanın nəticəsi olduğunu bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !