Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə əməliyyatları davam etdiyi bir dövrdə Ədən körfəzindəki İran gəmilərinə sərt xəbərdarlıq olunub.
Avropa.info xəbər verir ki, Yəməndə həyata keçirilən əməliyyatlar haqda məlumat verən briqada generalı Əhməd Əsiri İranın Ədən körfəzinə göndərdiyi gəmilərdən husilərə yardım olunacağı təqdirdə koalisiya müvafiq cavabı vermək məcburiyyətində qalacaq.
"Bu gəmilərin beynəlxalq sularda olduğunu bilirik. Bu təbiidir. Ancaq Yəmənin dəniz sərhədinin və hava sahəsinin koalisiyanın nəzarəti altında olduğunu açıqlamışıq. Əgər bu gəmilərdən husilərə silah və ya yardım göndərilərsə koalisiyanın müvafiq cavabı vermə haqqı yaranacaq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !