ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə krallığın neft naziri Əli əl Naimi bildirib
"Krallıq, əvvəl də olduğu kimi, bazarda stabilliyin bərpasına yardım etməyə və neftin qiymətini qaldırmağa hazırdır. Lakin bu neftin əsas ixracatçı və idxalçı ölkələrinin prosesdə iştirak edəcəyi təqdirdə, onun dəqiq prinsiplərə əsaslanacağı və yüksək şəffaflığın olacağı təqdirdə mümkündür. Belə ki, istər Ər-Riyad, yaxud Fars körfəzinin digər ölkələri, yaxud da ki OPEK ölkələri təklikdə bunu üzərilərinə götürməməlidir”, deyə əl Naimi qeyd edib.
Bundan əvvəl Əli əl Naimi Səudiyyə Ərəbistanının dünyada tələbatın artması fonunda neftin qiymətinin artıracağını bildirib. Onun sözlərinə görə, dünyada neftə olan tələbat bərpa olunur v ölkə istənilən müştərinin tələbatını ödəməyə qadirdir. Əl Naimi ölkədə gündəlik hasil olunan neftin həcminin 10 mln barelə çatdığını bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bundan əvvəl apreldə Arab Light markalı neftin bir barelinin qiymətini 1,4 dollar qaldırıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !