Səudiyyə Ərəbistanı ABŞ vətəndaşını azad edib

20:00 | 21.03.2023
Səudiyyə Ərəbistanı ABŞ vətəndaşını azad edib

Səudiyyə Ərəbistanı ABŞ vətəndaşını azad edib

Səudiyyə Ərəbistanı hakimiyyəti çərşənbə axşamı həm Krallıq, həm də ABŞ vətəndaşı olan, 19 il həbs cəzasına məhkum edilmiş Saad İbrahim Əl Madini azad edib.

Bu barədə "Reuters” məlumat yayıb.

Saad İbrahim Əl Madinin oğlunun agentliyə verdiyi məlumata görə, atası hazırda Ər-Riyadda ailəsi ilə birlikdə evdədir:

"Bütün ittihamlar götürülüb. Lakin səyahət qadağasının aradan qaldırılmasını istəyirik”.

72 yaşlı Saad Əl Madini 2022-ci ilin noyabrında Ər-Riyadda səfərdə olarkən həbs edilmişdi. O, terrorizmin maliyyələşdirilməsi və Krallıqda sabitliyini pozulması fəaliyyəti kimi bir sıra cinayətlərdə ittiham olunmuşdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM