Səudiyyə Ərəbistanı neft qiymətlərini yüksəldəcəyini açıqlayıb

13:11 | 05.06.2023
Səudiyyə Ərəbistanı neft qiymətlərini yüksəldəcəyini açıqlayıb

Səudiyyə Ərəbistanı neft qiymətlərini yüksəldəcəyini açıqlayıb

Səudiyyə Ərəbistanı iyulda gündəlik bir milyon barel ixtisar edəcəyini bildirməsindən sonra neft qiymətlərində yüksəlmə müşahidə olunub. Bu barədə BBC məlumat yayıb.

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) daxil olan digər ölkələr də qiymətləri yüksəltmək üçün hasilatın azaldılmasına dair razılığa gəliblər.

OPEC hasilat hədəflərinin 2024-cü ildən daha 1,4 milyon barel azalacağını bildirib.

Bazar günü Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman bildirib ki, ehtiyac olacağı təqdirdə ölkəsinin sutkada bir milyon barel ixtisar etməsi iyuldan sonra da davam edə bilər.
 
2023 -cü ilin aprelin 9-da Bloomberg sənaye mənbələrinə istinadən xəbər verib ki, Səudiyyə Ərəbistanı faktiki olaraq qlobal neft bazarında öz oyun qaydalarını diktə edir. Bu, Ər-Riyadın bir sıra OPEC+ ölkələrində gündəlik xammal hasilatının azaldılması qərarını irəli sürməsi ilə bağlıdır.
 
Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.


Ayişə Zahid
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb