Səudiyyə Ərəbisanı Qətər hökuməti ilə danışıqlar aparmaqdan imtina edib.
Anews.az Ölkə.Az-a istinadən xəbər verir ki, əmirlik dialoqun başlanması üçün açıq mövqeyini ortaya qoymayana qədər Səudiyyə danışıqlar masasına oturmayacaq.
Bu barədə Krallığın xarici işlər nazirliyi məlumat verib.
9 sentyabr tarixində Qətər əmiri Təmim ben Hamad Əl Tani ilə Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd ben Salman Əl Səud arasında telefon danışığı baş tutub. Rəsmi Doha ərəb ölkələrinin Qətərə qarşı tələbləri barədə danışıqlar təklif edib. Bu tələblərin yerinə yetirilməsindən sonra ərəb ölkələri Dohaya tətbiq edilən siyasi və iqtisadi blokadanı aça bilərlər.
Səudiyyənin xarici işlər nazirliyi isə bəyan edib ki, Qətər hökumətinin bəyanatı həqiqətə uyğun deyil. Rəsmi Doha ciddi dialoqa hazır deyil və əvvəli düşmənçilik siyasətinə davam edir. Bu səbəbdən Səudiyyə Ərəbistanı Qətər hökuməti rəsmi mövqeyi ilə bağlı dəqiq bəyanat səsləndirməyənə qədər əmirliklə istənilən danışıqların olmayacağını bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !