Səudiyyə Ərəbistanı taktiki-əməliyyat raket kompleksləri "İskander”in alınmasını müzakirə edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov ilə görüşün nəticəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyr bəyan edib.
"Səudiyyə Ərəbistanı Rusiya ilə bütün sahələrdə, o cümlədən də hərbi sahədə münasibətlərin fəallaşmasına köklənib. İki ölkənin hərbi nümayəndə heyətləri və mütəxəssisləri arasında intensiv əlaqələr yaradılır, Rusiyadan ehtimal edilən geniş silah növlərinin, o cümlədən "İskander” raket komplekslərinin alınması müzakirəsi gedir”- Əl-Cübeyr bildirib.
Rusiya silahlarının Səudiyyə Ərəbistanına çatdırılması üzrə müqavilə yaxın zamanlarda imzalanacaq, Abdel əl-Cübeyr bəyan edib.
"Son iki ayda bizim hərbi nümayəndələrimizin Rusiyaya səfəri olub, silah növləri üzrə danışıqlar olub. Əminəm ki, yaxın zamanda belə müqavilə imzalanacaq” - o deyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !